"Mançester Yunayted" baş məşqçisini istefaya göndərir?

Mançester Yunayted baş məşqçisini istefaya göndərir?
İdman 1

"Rostov"un sabiq futbolçusu Vitali Dyakov "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haqın yaxın vaxtlarda tutduğu vəzifədən qovulacağı ilə bağlı fikirlər bildirib.

BAKU.WS bu barədə Rusiya mediasına istinadən xəbər verir.

"Mançester Yunayted" həmişə çempionluq uğrunda mübarizə aparır. Düşünürəm ki, Erik ten Haqı işdən çıxarmağın vaxtıdır. Klubda yenidən işlər gedir. Qətərin kral ailəsinin üzvü Qleyzer klubun səhmlərinin 25 faizini alıb. Bu səbəbdən "Yunayted"də həm menecer, həm də idarə heyətində böyük dəyişikliklər gözlənilir. Təbii ki, yeni oyunçuların cəlb edilməsi də olacaq", - o bildirib.

Onun sözlərinə görə, klub müəyyən müddət ərzində transferlərə həddən artıq çox pul xərcləyib.

Qeyd edək ki, dekabrın 12-də Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Bavariya"ya məğlub olan "qırmızı şeytanlar" (0:1) avrokuboklardan kənarlaşdırılıb.

İndi komanda İngiltərə Premyer Liqasında və İngiltərə Kubokunda titul uğrunda mübarizəni davam etdirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Mançester Yunayted"i bu ölkədən olan milyarder aldı

"Mançester Yunayted"i bu ölkədən olan milyarder aldı

Şeyx Jassim İngiltərənin "Mançester Yunayted" futbol komandasının satın alınması uğrunda mübarizəni qazanıb və oktyabrın ortalarına qədər klubun 6 milyard funt-...

3 İdman 08:20 23 avqust 2023

Son xəbərlər