SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"ın ulduz futbolçusu Kerem Aktürkoğlu, "Trabzonspor" matçından sonra verdiyi açıqlamalarda "Fənərbağça"nın xal itirməsinin əlavə motivasiya olduğunu bildirib.

BAKU.WS xəbər verir ki, Aktürkoğlu "Trabzonspor"a 5:1 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

Qarşılaşma haqda danışan Kərəm "Fənərbağça"ya da toxunub:

"Buraya yüksək konsentrasiya ilə gəldik. 3 xaldan başqa heç nə düşünmürdük. "Fənərbağça"nın xal itirməsi əlavə motivasiya olub. Mükəmməl oynadığımızı düşünürəm. "Trabzonspor"un səfər oyununda heç kim 5 top vura bilməz. Biz bunu sona qədər haqq etdik. Azarkeşlərə hədiyyə olsun".

BAKU.WS