Kerem Aktürkoğlu: “Fənərbağça” xal itirəndə motivasiya olduq
Yeniliklərdən dərhal xəbərdar olun
"Qalatasaray"ın ulduz futbolçusu Kerem Aktürkoğlu, "Trabzonspor" matçından sonra verdiyi açıqlamalarda "Fənərbağça"nın xal itirməsinin əlavə motivasiya olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, Aktürkoğlu "Trabzonspor"a 5:1 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.
Qarşılaşma haqda danışan Kərəm "Fənərbağça"ya da toxunub:
"Buraya yüksək konsentrasiya ilə gəldik. 3 xaldan başqa heç nə düşünmürdük. "Fənərbağça"nın xal itirməsi əlavə motivasiya olub. Mükəmməl oynadığımızı düşünürəm. "Trabzonspor"un səfər oyununda heç kim 5 top vura bilməz. Biz bunu sona qədər haqq etdik. Azarkeşlərə hədiyyə olsun".
Oxşar xəbərlər
Kerem Aktürkoğlu da “Qalatasaray”dan gedir - FOTO
“Qalatasaray”ın gənc ulduzu Kerem Aktürkoğlu bir sıra prestijli komandaların diqqət mərkəzindədir. BAKU.WS xəbər verir ki, bu barədə iddia SkySportda yer alıb....