"Səbail" İniestanın komanda yoldaşını transfer etdi - FOTO
21
yan
2024
20:35
“Səbail” klubu növbəti transferini rəsmiləşdirib.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, Ayub Timbe Masika ilə anlaşıb.
Premyer Liqa klubu keniyalı hücumçu ilə 1,5 illik müqavilə bağlayıb. O, son dəfə “Nanjinq Siti”nin (Çin) formasını geyinib.
Qeyd edək ki, 32 yaşlı hücumçu karyerası ərzində “Genk”, “Lyers”, “Ridinq”, “Vissel Kobe” və “Buriram Yunayted” kimi klublarda çıxış edib. Keniya yığmasının heyətində 24 oyunda dörd qol vurub.
Xatırladaq ki, məşhur ispan yarımmüdafiəçisi Andres İniesta 2018-2023-cü illərdə “Vissel Kobe” çıxış edib.
Oxşar xəbərlər
38-i tamamlayan Ronaldonu klubları belə təbrik etdi - FOTO/VİDEO
Bu gün portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun 38 yaşı tamam olur. BAKU.WS xəbər verir ki, Ronaldo karyerası ərzində 5 dəfə - 2008,2013,2014,2016, 201...