“Braqa” ilə oyun öncəsi “Qarabağ”da CİDDİ İTKİ - FOTO
21
yan
2024
09:34
“Qarabağ” klubu ciddi itki ilə üzləşib.
Pressing.az-ın məlumatına görə, Ağdam təmsilçisinin mərkəz yarımmüdafiəçisi Marko Yankoviç ağır xəsarət alıb.
Belə ki, 28 yaşlı futbolçunun qolu sınıb.
Monteneqrolu oyunçu fiziki travmanı məşq zamanı alıb.
Onun “köhlən atlar”ın UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliya “Braqa”sı ilə oyuna qədər hazır olub-olmayacağı məlum deyil.
Xatırladaq ki, “Qarabağ”ın Portuqaliya təmsilçisi ilk matçı fevralın 16-da səfərdə keçiriləcək. Komandalar bir həftə sonra Bakıda üz-üzə gələcəklər.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" ilk dəfə pley-offa yüksəlib - YENİLƏNİB-7
"Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib. Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda turnirin qrup mərhələsinin VI turunda Bakı...