“Roma” Mourinyo ilə yollarını ayırdı
16
yan
2024
15:44
"Roma" baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırıb.
BAKU.WS xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.
Bildirilib ki, İtaliya klubu təcrübəli çalışdırıcının müqaviləsinə xitam verib.
Xatırladaq ki, 60 yaşlı çalışdırıcı 2021-ci ildən "sarı-qırmızılı" komandaya rəhbərlik edib. Komanda Mourinyonun başçılığı ilə 2022-ci ildə Konfrans Liqasının qalibi olub, Avropa Liqasının isə gümüş medal qazanıb.
Qeyd edək ki, cari mövsüm A seriyasında keçirdiyi son 5 matçda 3 məğlubiyyət, 1 qələbə və 1 heç-heçə edən "Roma" 29 xalla 9-cu pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçiriblər
Azərbaycan şahmatçıları Qazaxıstanın Almatı şəhərində rapid və blits üzrə dünya çempionatında növbəti oyunlarını keçiriblər. BAKU.WS “report”a istinadən xəbər v...