“Mançester Yunayted” Joze Mourinyoya 22,3 milyon avro ödəyib

“Mançester Yunayted” Joze Mourinyoya 22,3 milyon avro ödəyib
İdman 539
İngiltərənin “Mançester Yunayted” klubu sabiq baş məşqçi Joze Mourinyonun istefası ilə əlaqədar ona və rəhbərlik etdiyi heyətə ümumilikdə 22,3 milyon avro təzminat ödəyib.BAKU.WS-in məlumatına görə, bu barədə klubun maliyyə hesabatında məlumat verilib.Joze Mourinyo 2016-cı ilin mayında “Mançester Yunayted”in baş məşqçisi təyin edilib. Əlli beş yaşlı mütəxəssisin rəhbərliyi ilə İngiltərə kubokunu, Super kubokunu qazanan klub ötən il UEFA Avropa Liqasının qalibi olub. Ötən il dekabrın 18-də Joze Mourinyo “Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən azad edilib.BAKU.WS

Son xəbərlər