Beynəlxalq Çempionlar Kubokunun iştirakçıları məlum olub

Beynəlxalq Çempionlar Kubokunun iştirakçıları məlum olub
İdman 2241
Ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Çempionlar Kubokunun (İCC) builki iştirakçıları bəlli olub. Apasport.az saytının məlumatına görə, turnirdə 6 ölkədən 17 komanda iştirak edəcək.İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa və Portuqaliyanı təmsil edəcək klublar yay boyunca çempion adı uğrunda yarışacaqlar. Matçların dəqiq təqvimi aprelin 17-də açıqlanacaq. Oyunlar Avstriya, İtaliya, Sinqapur, İsveç, İsveçrə və ABŞ-da keçiriləcək.İCC-də aşağıdakı komandalar iştirak edəcəklər: “Real”, “Tottenhem”, “Yuventus”, “Milan”, “Mançester Siti”, “Liverpul”, “Mançester Yunayted”, “Bavariya”, “Çelsi”, PSJ, “Arsenal”, “Sevilya”, “Roma”, “İnter”, “Borussiya D.”, “Benfika” və “Atletiko”.Qeyd edək ki, turnirin ötən ilki qalibi “Barselona” olub. Ondan əvvəl PSJ iki, “Real” və “Mançester Yunayted” isə hərəyə bir dəfə kuboka sahib olub.BAKU.WS

Oxşar xəbərlər

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək

Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək.BAKU.WS-in xəbərinə görə, 1/4 finalın cavab oyunları çərçivəsindəki ilk qarşılaşmalar İtaliya və...

1040 İdman 12:17 10 aprel 2018

Son xəbərlər