Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək
İdman 1040
Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək.BAKU.WS-in xəbərinə görə, 1/4 finalın cavab oyunları çərçivəsindəki ilk qarşılaşmalar İtaliya və İngiltərədə baş tutacaq. Hər iki matçda meydan sahibi olan komanda 3 topluq fərqi aradan qaldırmağa çalışacaq.“Roma”nın “Barselona” ilə görüşdə möcüzə etməsi inandırıcı sayılmır. Düzdü, “Mançester Siti”nin də “Liverpul”u keçməsinə yalnız komandanın sadiq azarkeşləri inanır. Çünki yarışın beşqat qalibi ilə görüşdə bu fərqi aradan qaldırmaq mümkünsüz olmasa da, çox çətindi.Qeyd edək ki, 1/4 finalın digər iki cavab oyunu sabah keçiriləcək.Çempionlar Liqası1/4 final (cavab oyunları)10 aprel22:45. “Roma” (İtaliya) – “Barselona” (İspaniya)Baş hakim: Klemen Turpin (Fransa)Roma. Olimpiya Stadionuİlk oyun – 1:422:45. “Mançester Siti” (İngiltərə) – “Liverpul” (İngiltərə)Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)Mançester. Şəhər stadionuİlk oyun – 0:3Nihat HÜSEYNZADƏBAKU.WS

Son xəbərlər