SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransalı hücumçu Kərim Benzema məşqlərdən kənarlaşdırılıb və Səudiyyə Ərəbistanının "Əl-İttihad" futbol klubunun qarşıdakı toplanışında iştirak etməyəcək.

BAKU.WS xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.

Bu qərar oyunçunun cümə günü komandanın olduğu yerə gəlməməsindən sonra verilib.

"Əl-İttihad" mövsümə hazırlaşmaq üçün bazar günü Dubaya gedəcək. Benzema Milad tətili başlamazdan əvvəl, dekabrın sonunda komandanın üç məşqini buraxıb.

Qeyd edək ki, "Əl-İttihad"ın baş məşqçisi argentinalı Marselo Qalyardodur. O, ötən ilin noyabrından komandaya rəhbərlik edir.

Benzema 2023-cü ilin yayında "Əl-İttihad"a keçib. Hücumçu komandanın heyətində 20 oyun keçirib, 12 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bundan əvvəl Benzema İspaniyanın "Real" klubunda oynayıb, burada beş dəfə Çempionlar Liqasının qalibi olub və 2022-ci ildə "Qızıl top"u qazanıb.

BAKU.WS