Baş məşqçi Benzemanı məşqlərdən kənarlaşdırdı
Fransalı hücumçu Kərim Benzema məşqlərdən kənarlaşdırılıb və Səudiyyə Ərəbistanının "Əl-İttihad" futbol klubunun qarşıdakı toplanışında iştirak etməyəcək.
BAKU.WS xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.
Bu qərar oyunçunun cümə günü komandanın olduğu yerə gəlməməsindən sonra verilib.
"Əl-İttihad" mövsümə hazırlaşmaq üçün bazar günü Dubaya gedəcək. Benzema Milad tətili başlamazdan əvvəl, dekabrın sonunda komandanın üç məşqini buraxıb.
Qeyd edək ki, "Əl-İttihad"ın baş məşqçisi argentinalı Marselo Qalyardodur. O, ötən ilin noyabrından komandaya rəhbərlik edir.
Benzema 2023-cü ilin yayında "Əl-İttihad"a keçib. Hücumçu komandanın heyətində 20 oyun keçirib, 12 qol vurub, 5 məhsuldar ötürmə edib.
Bundan əvvəl Benzema İspaniyanın "Real" klubunda oynayıb, burada beş dəfə Çempionlar Liqasının qalibi olub və 2022-ci ildə "Qızıl top"u qazanıb.
Oxşar xəbərlər
"Əl-İttihad" "Real"ın daha bir ulduzunu transfer etmək istəyir
"Real Madrid"in müdafiəçisi David Alaba Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçə bilər. BAKU.WS bu barədə "Relevo" nəşrinə istinadən xəbər verir. Mənbən...