“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu Braziliya klubuna keçib
Azərbaycanda “Neftçi” və “Qarabağ”ın formasını geyinmiş Ailton Silva karyerasını ölkəsi Braziliyada davam etdirəcək.
“Report” xəbər verir ki, 28 yaşlı müdafiəçi bu ildən C Seriyasında çıxış edəcək.
Sol cinah oyunçusu “Amazonas” klubu ilə anlaşıb. Rusiyanın “Rodina” klubundan ayrıldıqdan sonra bir ilə yaxındır futbolsuz qalan Ailton “Amazonas”la bir mövsümlük müqavilə bağlayıb. Hazırda çempionatda üçüncü pillədə qərarlaşan komandanın hədəfi B Seriyasına yüksəlməkdir.
Qeyd edək ki, Ailton Silva 2015/2016 mövsümündə “Neftçi”nin, 2019/2020 mövsümündə isə “Qarabağ”ın formasını geyinib.
Oxşar xəbərlər
Fərrux Mahmudov: “Neftçi”ni layiq olduğu yerə gətirməyi düşünürük, qazanc əldə etməyi yox” - MÜSAHİBƏ + FOTO
“Uzunmüddətli planımız odur ki, “Flaqman” adı “Neftçi”yə qayıtsın. 1937-ci ildə yaradılan klubdur. Flaqman bu olmalıdır. Ayrı klubu flaqman kimi görmürəm”. BAKU...