SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qalatasaray”ın mərakeşli ulduzu Hakim Ziyeşin adı sabah Səudiyyə Ərəbistanında keçiriləcək “Fənərbağça” ilə derbi matçının iştirak ərizəsinə salınmayıb.

BAKU.WS xəbər verir ki, buna səbəb oyunçunun bel əzələsində ağrıların olmasıdır.

Məlumata görə, futbolçu bu səbəbdən son 3 məşqdə iştirak etməyib.

Qeyd edək ki, Hakim Ziyeş mövsümün əvvəlindən “Qalatasaray”da 14 oyuna çıxıb, dörd qol vurub, iki məhsuldar ötürmə edib.

BAKU.WS