Hakim Ziyeş Çempionlar Liqasında həftənin 11-liyinə seçilib

"Qalatasaray"ın "Mançester Yunayted"lə matçında 2 qol vuran mərakeşli futbolçu Hakim Ziyeş Çempionlar Liqasında həftənin 11-i seçilib.
BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Bildirilir ki, UEFA-dan verilən açıqlamaya görə, "Mançester Yunayted"lə qarşılaşmada 2 qol və 1 məhsuldar ötürmə ilə çıxış edən İstanbul təmsilçisinin mərakeşli ulduzu Avropa futbolunun klub səviyyəsində ən önəmli turnirində həftənin 11-i arasında yer alıb.
Ziyeç UEFA Çempionlar Liqasında "həftənin oyunçusu" namizədləri arasında da yer alıb.
Xatırladaq ki, Ziyeş 2023-cü ilin avqustunda "Çelsi"dən icarə əsasında "Qalatasaray"a keçib.
UEFA Çempionlar Liqasında həftənin 11-də aşağıdakı adlar var:
Qapıçı: Qreqor Kobel ("Borussiya Dortmund")
Müdafiəçilər: Levin Blum ("Yanq Boyz"), Nikolay Matviyenko ("Şaxtyor"), Joa Kanselo ("Barselona")
Yarımmüdafiəçi: Fil Foden ("Mançester Siti"), Jud Bellinqem ("Real Madrid"), Joao Mario ("Benfika"), Bukayo Saka ("Arsenal"), Hakim Ziyeş ("Qalatasaray")
Hücumçular: Çiro İmmobile ("Latsio"), Qabriel Xesus ("Arsenal").
Oxşar xəbərlər
Jud Bellingem: "Dayanmadan Zidana baxırdım"
Madrid "Real"ının və İngiltərə millisinin yarımmüdafiəçisi Jud Bellinqem uşaqlıqdan Zinəddin Zidana azarkeşlik etdiyini açıqlayıb. BAKU.WS İspaniya mətbuatına i...
