“Qalatasaray” “Çelsi”dən bu oyunçunu transfer edir - FOTO
Türkiyənin “Qalatasaray” komandası "Çelsi"də çıxış edən mərakeşli ulduz Hakim Ziyeşi transfer etmək niyyətindədir.
BAKU.WS "Sabah" nəşrinə istinadən xəbər verir ki, klub rəsmiləri oyunçu ilə Londonda bir araya gəlib.
PSJ-yə keçidi uğursuz olan Hakim Ziyeşin "Çelsi"də əsas heyətə düşməkdə çətinlik çəkdiyi və burada xoşbəxt olmadığı bildirilir. Avropada bir çox futbolçu ilə görüşən Erden Timurun mərakeşli futbolçu ilə də müzakirələr apardığı üzə çıxıb.
London təmsilçisindən ayrılmaq qərarına gələn 30 yaşlı futbolçu ilə Türkiyənin başqa klubları maraqlansa da, Erden Timurun son görüşündə ingilis klubu ilə razılıq mərhələsinə gəldiyi bildirilir.
Qeyd edək ki, bu mövsüm 17 oyuna çıxan Hakim Ziyeş hələ ki, qol vurmayıb və cəmi 2 məhsuldar ötürmə edib. Mərakeşli futbolçunun bazar dəyəri 18 milyon avrodur.
Qalereya
Oxşar xəbərlər
"Qızıl top"u heç vaxt ala bilməyən futbol ulduzları - Bekhem, Lempard, İnyesta...
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının bu mövsüm qalibi "Real"ın və Fransa millisinin üzvü Kərim Benzema olub. Ancaq futbol dünyasının...