Hakim Ziyeşin növbəti ünvanı bəlli olur

Hakim Ziyeşin növbəti ünvanı bəlli olur
İdman 3

"Qalatasaray"ın "Çelsi"dən icarəyə götürdüyü Hakim Ziyeşin adı transfer söz-söhbətlərində hallanır.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Ziyeşin menecerinin transfer danışıqlarında olduğu iddia edilir.

İstanbul təmsilçisindəki çıxışı ilə diqqət çəkən 30 yaşlı futbolçu karyerasında yeni səhifə açmağa hazırlaşır.

Məlumata görə, mərakeşli ulduzun meneceri Səudiyyə Ərəbistanı klubları ilə danışıqlar aparır.

Qeyd edək ki, bu mövsüm "Qalatasaray"ın heyətində bütün oyunlarda 11 matça çıxan Ziyeş 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalı oyunçunun dəyərini 15 milyon avro qiymətləndirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər