SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Türkiyə Super Liqasının 18-ci həftəsində baş tutan "Fənərbağça" - "Qalatasaray" derbisi mübahisəli anlarla yadda qalıb. 

BAKU.WS xəbər verir ki, matçın 22-ci dəqiqəsində Mauro İkardi ilə Aleksandr Djikunun mübarizəsindən sonra İkardi yerdə qalıb və sarı-qırmızılıların penalti gözləyib.

Bərabərliklə yekunlaşan oyundan sonra "Qalatasaray" İkardinin qaralmış gözünün fotosunu paylaşıb.

Daha sonra da həmin paylaşımı məşhur italiyalı jurnalist Fabrizio Romano instaqram hesabında yayıb. 

"Fənər"in ulduzu Edin Dzeko Romanonun sözügedən postuna reaksiya verib.

Dzeko şərhində "O başını qapı dirəyinə vurdu və bunu İnstaqrama qoyub penalti üçün "ağlaşdılar". Onların tipik davranışlarıdır. Utancvericidir. Fabrizio, bundan da yaxşısını edə bilərsən".

BAKU.WS
VİDEO

QALEREYA