Edin Dzekodan italiyalı jurnalistə "Qalatasaray"lıları qəzəbləndirən İkardi açıqlaması - FOTO\VİDEO
Ötən gün Türkiyə Super Liqasının 18-ci həftəsində baş tutan "Fənərbağça" - "Qalatasaray" derbisi mübahisəli anlarla yadda qalıb.
BAKU.WS xəbər verir ki, matçın 22-ci dəqiqəsində Mauro İkardi ilə Aleksandr Djikunun mübarizəsindən sonra İkardi yerdə qalıb və sarı-qırmızılıların penalti gözləyib.
Bərabərliklə yekunlaşan oyundan sonra "Qalatasaray" İkardinin qaralmış gözünün fotosunu paylaşıb.
Daha sonra da həmin paylaşımı məşhur italiyalı jurnalist Fabrizio Romano instaqram hesabında yayıb.
"Fənər"in ulduzu Edin Dzeko Romanonun sözügedən postuna reaksiya verib.
Dzeko şərhində "O başını qapı dirəyinə vurdu və bunu İnstaqrama qoyub penalti üçün "ağlaşdılar". Onların tipik davranışlarıdır. Utancvericidir. Fabrizio, bundan da yaxşısını edə bilərsən".
Qalereya
Oxşar xəbərlər
Dzeko Lefterin rekordunu qırdı
"Fənərbağça"nın "Pendikspor"u məğlub etdiyi matçda het-trik edən Edin Dzeko, liqada vurduğu qolların sayını 10-a çatdıraraq adını Superliqa tarixinə yazdırdı....