SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"ın argentinalı ulduz futbolçusu Mauro İkardinin sevgilisi Vanda Nara İkardi ilə bağlı açıqlama verib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Nara bir vaxtlar İkardini qısqandığını, İkardinin isə hələ də qısqanc olduğunu bildirib.

"Əvvəllər Mauronu çox qısqanırdım, amma aradan 10 il keçib və artıq qısqanmıram. Mauro mənimlə müqaisədə bir az daha qısqancdır. Bu dövrdə on il birlikdə olmaq əvvəlkindən fərqlidir, işimizə görə asan deyil", - Vanda deyib.

"Argentina üçün darıxıram, fürsət düşən kimi ora gedirəm. Mauro hələ həyatımda olmayanda uşaqlarımla tətilə getdiyim üçün İstanbulu əvvəldən tanıyırdım. Çox gözəl şəhərdir. Mauronu İstanbula köçməyə mən razı saldım", - o, əlavə edib.

Qeyd edək ki, cütlüyün Françeska və İzabella adlı iki qızı var. Vandanın birinci həyat yoldaşından isə üç oğlu var.

BAKU.WS