Vanda Naradan "Qalatasaray"lıları sevindirən İkardi açıqlaması
Ötən sezon müqavilə əsasında "Qalatasaray"da forma geyinən argentinalı hücumçu Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Nara verdiyi açıqlama ilə "Cim-bom" azarkeşlərini sevindirib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nara qatıldığı bir televiziya proqramında Səudiyyə Ərəbistanından təklif aldığı danışılan ulduz futbolçu ilə bağlı suala belə cavab verib:
"Qalatasaray"da çox xoşbəxt idik. Mən də, Mauro da, uşaqlar da burada çox sevildik. "Qalatasaray"la görüşmədən qərar verməyimiz mümkün deyil. İstanbulda qalmağa müsbət yanaşırıq. Klubla fikir mübadiləsi aparacağıq".
Xatırladaq ki, 30 yaşlı futbolçu bu mövsüm çempionluq qazandığı "Qalatasaray"ın heyətində 26 matça çıxıb. İkardi bu oyunlarda 23 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
İkardi Səudiyyə Ərəbistanı ilə transfer masasına əyləşdi - 100 milyonluq təklif
Səudiyyə Ərəbistanı komandası "Qalatasaray"da icarə əsasında forma geyinən Mauro İkardi üçün qonorar və bonuslarla birlikdə 100 milyon avro təklif edib. BAKU.WS...