Vanda Nara: "Mauro mənə yenidən evlilik təklifi etdi"

Vanda Nara: Mauro mənə yenidən evlilik təklifi etdi
İdman 8

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Nara son müsahibəsində futboçunun yenidən ona evlilik təklifi etdiyini açıqlayıb.

BAKU.WS-in məlumatına görə, o, bu barədə İtaliyada nəşr olunan "Gente" jurnalına müsahibəsində bildirib.

"Birlikdə yaşadığımız bütün illərdən sonra Mauro mənə yenidən evlilik təklifi etdi. 27 may 2014-cü ildə bir-birimizə əbədi sevgi vəd etmişdik. Təklif çox yenidir. Hələ heç nə planlaşdırmamışıq, amma təklif almaq xoş oldu. Bütün sevdiklərimiz Argentinadadır. Güman edirəm ki, bu arzumuzu həyata keçirə bilsək, Argentinada olacaq", - Vanda deyib.

Həmçinin xəstəliyindən danışan Nara İkardinin onunla daha çox maraqlandığını və dəstək olduğunu bildirib.

Qeyd edək ki, 2014-cü ildə ailə quran və iki qızı olan Nara-İkardi cütlüyü ötən il boşanma iddiaları ilə gündəmə gəlsə də, bu vəziyyət rəsmi təsdiqini tapmamışdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər