İkardinin həyat yoldaşı Vanda Nara ilk dəfə asılılığından danışdı
05
noy
2023
17:00
"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin həyat yoldaşı Vanda Nara təəccüblü etiraflar edib.
BAKU.WS bu barədə "Corriere dello Sport"a istinadən xəbər verir.
Vanda Nara hamiləlik dövründə buz yeməyə aludə olduğunu deyib.
Nara İkardinin bu səbəbdən evə buz aparatı aldığını bildirib.
"Bəzi insanlar bunun dəmir çatışmazlığından qaynaqlandığını deyir, amma mənim dəyərlərim həmişə yaxşı olub. Hamilə olanda o qədər çarəsiz idim ki, restoranlara gedib bir boşqab buz istəyirdim. Bunun mənə verdiyi hiss çox xoş idi", - Vanda deyib.
Oxşar xəbərlər
“Qalatasaray” azarkeşlərinə PİS XƏBƏR - İkardinin yeni klubu bilindi
“Qalatasaray”ın argentinalı ulduzu Mauro İkardi yenidən “İnter”ə keçə bilər. BAKU.WS İtaliya mətbuatına istinadən xəbər verir ki, A seriyasının güclü təmsilçisi...