SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bakıda hərbçilər arasında keçirilən dünya çempionatında qızıl medal qazandığım üçün çox sevinirəm”.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan güləşçisi Hacı Əliyev instaqram hesabında yazıb.

70 kq çəki dərəcəsində mübarizə aparan idmançı onu ürəkdən dəstəkləyən hər kəsə təşəkkür edib:

“Medallarım sırasına bu gözəl mükafatı da əlavə etdim. Bu yarışın keçirilməsində əziyyəti olan hər kəsə, başda Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə minnətdarlığımı bildirirəm. İdmanımız və idmançılarımız üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə bir daha ürəkdən təşəkkür edirəm. Bu gözəl qələbəmi şəhidlərimizə həsr edirəm. Yaşasın Azərbaycan!”

Qeyd edək ki, Hacı Əliyevdən başqa, Azərbaycanın daha üç güləşçisi yarışın ilk günündə çempion olub.

BAKU.WS