Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb - YENİLƏNİB

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb - YENİLƏNİB
İdman 1

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Ramazan Əhmədov Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı üçüncü yer uğrunda görüşdə serbiyalı Mateya Boroyeviçlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Əhmədov bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən daha əvvəl Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq) və Süleyman Şükürov (73 kq) bürünc medal əldə ediblər.

***18:24

Azərbaycanın yeniyetmə cüdoçusu Aslan Kotsoyev Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı Qazaxıstan təmsilçisi Berikbol Jumanbekovla üz-üzə gəlib.

Rəqibinə uduzan Kotsoyev medal qazana bilməyib və beşinci yerlə kifayətlənib.

Bu gün, həmçinin, 90 kq-dan yuxarı çəkidə Ramazan Əhmədov bürünc medal qarşılaşmasında serbiyalı Mateya Boroyeviçlə güləşəcək.

***16:34

Azərbaycanın yeniyetmə cüdoçusu Ramazan Əhmədov Xorvatiyada keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı yarımfinalda türkiyəli İbrahim Tataroğlu ilə üz-üzə gəlib.

Rəqibinə uduzan Əhmədov bürünc medal uğrunda qarşılaşmada serbiyalı Mateya Boroyeviçə rəqib olub.

90 kq-dakı Aslan Kotsoyev də üçüncü yer üçün qazaxıstanlı Berikbol Jumanbekovla güləşəcək.

***15:04

Azərbaycanın yeniyetmə cüdoçusu Ramazan Əhmədov Xorvatiyada keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

***"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/4 finalda Özbəkistan təmsilçisi Elnur Xolmuminov ilə qarşılaşıb.

Rəqibinə qalib gələn Əhmədov yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda türkiyəli İbrahim Tataroğlu ilə görüşəcək.

***14:57

Azərbaycanın yeniyetmə cüdoçusu Aslan Kotsoyev Xorvatiyada keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda İtaliya təmsilçisi Kristiano Mincinesi ilə üz-üzə gəlib.

Rəqibinə uduzan Kotsoyev bürünc medal uğrunda görüşə qatılacaq.

***14:28

Azərbaycanın yeniyetmə cüdoçusu Aslan Kotsoyev Xorvatiyada keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda azərbaycanəsilli İsveç cüdoçusu Emil Cəbiyevlə üz-üzə gəlib.

Rəqibini ipponla məğlub edən Kotsoyev yarımfinala adlayıb.

***14:21

Azərbaycanın yeniyetmə cüdoçusu Ramazan Əhmədov Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə start verib.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Emiliano Rossi ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Əhmədov 1/4 finala vəsiqə qazanıb.

***14:01

Azərbaycanın yeniyetmə cüdoçusu Aslan Kotsoyev Xorvatiyada keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda serbiyalı Nikola Giroviçi məğlubiyyətə uğradıb.

O, 1/4 finalda azərbaycanəsilli İsveç cüdoçusu Emil Cəbiyevlə üz-üzə gələcək.

***11:44

Bu gün Xorvatiyada keçirilən yeniyetmələr arasında cüdo üzrə dünya çempionatında fərdi mübarizəyə yekun vurulacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan komandasının heyətində daha iki cüdoçu tatamiyə çıxacaq.

90 kq çəki dərəcəsində Aslan Kotsoyev, 90 kq-dan yuxarı çəkidə isə Ramazan Əhmədov medal qazanmağa çalışacaq.

90 kq

1/16 final. Aslan Kotsoyev - Perez Ramirez (İspaniya)

+90 kq

1/8 final. Ramazan Əhmədov - Emiliano Rossi (İtaliya) - Lukas Paulauskas (Litva) cütünün qalibi

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən daha əvvəl Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq) və Süleyman Şükürov (73 kq) bürünc medal əldə ediblər.

Son xəbərlər