Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
Azərbaycanın yeniyetmə cüdoçusu Ramazan Əhmədov Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, 90 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada türkiyəli İbrahim Tataroğlu ilə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən Əhmədov qitə çempionu olub.
Bu gün tatami üzərinə çıxan digər Azərbaycan cüdoçusu Aslan Kotsoyev (81 kq) isə yarışı medalsız başa vurub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın yeniyetmə cüdoçularından Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (52 kq), Məhəmməd Məmişov (50 kq), Mirxaliq İskəndərov (55 kq) və Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) Avropa çempionu olub, Əhməd Rüstəmov (55 kq) və Mehdi Cəfərov (66 kq) isə bürünc medal qazanıb.
Oxşar xəbərlər
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub, biri 3-cü yeri tutub
Azərbaycanın daha 3 yeniyetmə cüdoçusu Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında medal qazanıb. BAKU.WS "report"a istinadən xəbər verir k...