Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub, biri 3-cü yeri tutub
Azərbaycanın daha 3 yeniyetmə cüdoçusu Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında medal qazanıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, 66 kq-da çıxış edən Əbil Yusubov finalda yerli idmançı Rodriqo Kaneyrunu məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Eyni çəki dərəcəsində yarışan Mehdi Cəfərov 3-cü yer uğrunda qarşılaşmada gürcüstanlı Giorgi Dularidzeyə qalib gələrək qitə üçüncüsü olub.
52 kq-da yer alan Xədicə Qədəşova isə finalda ispaniyalı Adriana Saes Eviyadan üstün olaraq qızıl medala sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın yeniyetmə cüdoçularından Vüsalə Hacıyeva (48 kq), Məhəmməd Məmişov (50 kq), Mirxaliq İskəndərov (55 kq) və Məhəmməd Musayev (60 kq) Avropa çempionu olub, Əhməd Rüstəmov (55 kq) bürünc medal qazanıb.
Oxşar xəbərlər
Güləşçilərimiz Avropa çempionatına 1 qızıl və 3 gümüş medalla başladı - YENİLƏNİB/VİDEO
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib. BAKU.WS Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki,Qitə biri...