SİZİN REKLAM BURADA!
055 213 76 73


Çempionlar Liqasında sərgilədiyi oyunla diqqətləri üzərinə çəkən “Qalatasaray” klubunun futbolçuları Avropa nəhənglərinin diqqətindədir.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Arsenal” 23 yaşlı Saşa Boeyi heyətinə qatmaq istəyir.

Məlumata görə, sağ cinah müdafiəçisi Saça Boeyə İtaliyadan da ciddi talib var.

İtaliya nəhəngi “İnter”in gənc futbolçunu transfer siyahısına saldığı və futbolçunu yaxından izləmək üçün “Mançester Yunayted”lə matça məşqçi göndərəcəyi bildirilir.

Xatırladaq ki, 2020-21 mövsümünün əvvəlində “Renn”dən 1 milyon 150 min avroya transfer olunan Saşa Boeyin bazar dəyəri 17 milyon avrodur.

Qeyd edək ki, “Qalatasaray”ın daha bir əsas heyət oyunçusu - Mauro İkardi də hazırda İspaniya nəhəngi “Real Madrid”in diqqətindədir.

BAKU.WS