“Qarabağ” - “Arsenal”a uduzdu - 0:3 (VIDEO/FOTO)

“Qarabağ” -  “Arsenal”a uduzdu - 0:3 (VIDEO/FOTO)
İdman 3341
Oktyabrın 4-də Ağdamın "Qarabağ" komandası futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Londonun “Arsenal” klubu ilə qarşılaşıb.BAKU.WS xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşdə qonaqlar 0:3 hesabı ilə qalib gəliblər.Qonaqlar hesabı erkən qolla açıblar. Qarşılaşmanın 4-ci dəqiqəsində "Arsenal" klubunun heyətində Naço Monrealın künc ötürməsini Sokratis Papastathopoulos dəqiq baş zərbəsi ilə tamamlayıb - 0:1. İlk hissə bu hesabla başa çatıb.Fasilədən sonra ilk dəqiqələrdən irəli atılan ağdamlılar rəqibin qapısı qarşısında bir neçə dəfə təhlükəli vəziyyətlər yaratsa da, istəklərinə çata bilməyiblər. Matçın 53-cü dəqiqəsində qonaqlar hesab arasındaki fərqi iki topa çatdırıblar. Qapıçı ilə təkbətək qalan Emil Smit Rove fülsəti əldən verməyib - 0:2.Görüşün başa çatmasına 10 dəqiqə qalmış "Arsenal" klubu yenidən fərqlənib. Matteo Qenduzi adını tabloya yazdırıb - 0:3. Görüş bu hesabla da başa çatıb.E qrupunun digər oyunu Ukraynada oynanılıb. “Vorskla” klubu doğma meydanda Portuqaliyanın “Sportinq” komandasına 1:2 hesabı ilə məğlub olub.Xatırladaq ki, ilk turda “Arsenal” “Vorskla”nı (4:2), “Sportinq” isə “Qarabağ” klubunu (2:0) məğlub etmişdi.BAKU.WS

Son xəbərlər