Yol polisindən Yeni il ərəfəsində səfərə çıxan sürücülərə müraciət

Yol polisindən Yeni il ərəfəsində səfərə çıxan sürücülərə müraciət
Sosial 477

Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərə müraciət edib.

BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi müraciətdə yol hərəkət iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edir və bayramla əlaqədar verilmiş tətil günlərində səfərə çıxmağa hazırlaşan sürücüləri aşağıda qeyd olunan tövsiyələrə əməl etməyə çağırır:

"Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına xüsusi diqqət yetirin, təhlükəsizlik kəmərini təkcə özünüz deyil, sərnişinlərin də bağlamasını təmin edin.

Yolboyu ötmə və ya digər manevlər edərkən tələsməyin, qarşıdan gələn, eləcə də eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin sürətini və istiqamətini düzgün qiymətləndirin, təhlükəsizliyinizə əmin olmadan qərarlar verməyin.

Unutmamalıyıq ki, yol qəzalarının qarşısının alınmasını şərtləndirən başlıca amillərdən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq yolda müəyyən edilmiş sürət həddinə ciddi əməl etməkdir.

Uzaq məsafələrə səfərlər zamanı günün işıqlı vaxtında yola çıxmağa çalışın, yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin. Belə halda siz, yalnız özünüzü deyil, sərnişinlərinizi və digər hərəkət iştirakçılarını da təhlükə qarşısında qoya bilərsiniz.

Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərsiniz.

Yol hərəkəti qaydalarına əməl etməklə siz, həm özünüzün, həm də əzizlərinizin bayram günlərini xoş keçirməsinə şərait yaratmış olacaqsınız"".

Oxşar xəbərlər

Yol polisi sürücülərə və piyadalara müraciət edib

Yol polisi sürücülərə və piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin dəyişməsi ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib. İdarədən BAKU.WS-a bildiriblər ki, Ekologiya və Təb...

1154 Sosial 18:35 30 noyabr 2019

Son xəbərlər