Yayda ağıllı saat taxmaq təhlükəlidirmi? Həkim dəridə yaranan riskdən danışdı
Yay aylarında ağıllı saatlardan istifadə bəzi insanlarda dəri problemlərinə səbəb ola bilər.
BAKU.WS xəbər verir ki, terapevt Fara Lətif bildirib ki, isti havalarda saat qayışı altında yığılan tər, sürtünmə və havalanmanın zəifləməsi dərinin qoruyucu qatını zədələyə bilər.
Onun sözlərinə görə, xüsusilə nikel, rezin, boya və bəzi plastik materiallara həssaslığı olan şəxslərdə allergik və ya kontakt dermatit inkişaf edə bilər.
Həkim qeyd edib ki, bu zaman dəridə qızartı, quruluq, qaşınma, qabıqlanma, qıcıqlanma, bəzən isə dərinin rənginin açılması və nəmlənmə hissi müşahidə olunur.
Fara Lətif tövsiyə edib ki, belə əlamətlər yarandıqda bir müddət saat taxılmasın, dəri nəmləndirici kremlərlə qorunsun. Dermatit hallarında isə həkim məsləhəti ilə yerli steroid tərkibli kremlərdən istifadə oluna bilər.
Mütəxəssis əlavə edib ki, problemin allergiyadan qaynaqlandığı ehtimal edilirsə, saat qayışını başqa materialdan hazırlanmış modellə əvəz etmək, şikayətlər davam edərsə isə infeksiya və digər dəri xəstəliklərini istisna etmək üçün həkimə müraciət etmək lazımdır.
Oxşar xəbərlər
Azərbaycanda şənbə günü 39 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında avqustun 8-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. BAKU....