Yasamalda böyük söküntüyə görə verilən kompensasiyanın MƏBLƏĞİ AÇIQLANDI

Yasamalda böyük söküntüyə görə verilən kompensasiyanın MƏBLƏĞİ AÇIQLANDI
Sosial 6039
Bakının Yasamal rayonunda yeni yolun çəkintisi sürətlə davam edir.Bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu işlərlə bağlı həmin ərazidə yerlşən evlərin söküntüsünə başlanılıb.“Plana düşən 75 evin söküntüsünə başlanılıb”, - deyə qurum rəhbəri bildirib.Anar Nəcəfli deyir ki, yeni yol Yasamal bazarının yaxınlığından, yəni "ASAN xidmət"in kənarı ilə çəkilir. Onun sözlərinə görə, evləri həmin ərazidə yerləşən vətəndaşlara kompensasiya veriləcək:“Kompensasiya mənzilin yerləşdiyi əraziyə görə ödənilir. Mənzilin hər kvadratına görə, ailələrə 1200 manata qədər kompensasiya ödənilir. Ərazidə müxtəlif təyinatlı obyektlər yerləşir. Köçürülən ev, eyni zamanda obyektlərin qanuni və qanunsuz olmasına baxmayaraq vətəndaşlara kompensasiyalar veriləcək. Artıq kompensasiyanın verilməsinə başlanılıb”.Qeyd edək ki, Bakının Yasamal rayonunda 75 evin söküntüsünə başlanılıb. Buna səbəb ərazidə 4 zolaqdan ibarət, müasir tələblərə cavab verən yolun çəkilməsidir. Yeni yol Şərifzadə küçəsi ilə Bakı xarici dairəvi yolu birləşdirəcək. İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilir. Yeni yol Yasamal bazarının yaxınlığından, yəni "ASAN xidmət"in kənarı ilə çəkilir. Ümumi uzunluğu 1310 metr olacaq yolun hər iki tərəfində piyadaların rahat hərəkəti üçün səkilər salınacaq, müasir işıqlandırma sistemləri qurulacaq.Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər