Yağış yağır, küçə keçilməz olur: Mingəçevirdə 20 illik problem
Mingəçevir şəhərinin Həsənağa Turabov küçəsinin sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
Sakinlər son aylar yağan güclü yağışlardan sonra yolun daha da keçilməz olduğunu deyirlər.
"Yolu artıq üç dəfə öz hesabımıza təmir etdirmişik. Qonşuların hərəsindən 10-20 manat toplayıb çınqıl gətirtmişik. Qismət olsa, bu ay evimdə məclis edəcəyəm, amma gələnləri bu cür yolla qarşılamaq utancvericidir", - sakinlərdən biri söyləyib.
Digər bir vətəndaş isə vurğulayıb:
"20 ildən artıqdır ki, bu ərazidə yaşayıram. Yol mədəniyyətdir, bu şərait bizə yaraşmır. Yağış yağanda bütün küçəni su basır. Nəticədə həftələrlə burada hərəkət etmək mümkün olmur".
Oxşar xəbərlər
Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib
Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə...