Xırdalan sakinlərinə ŞAD XƏBƏR - Sabahdan...

Vətəndaşların Xırdalan şəhərindən paytaxtın "20 Yanvar" metrostansiyası istiqamətinə sürətli və rahat gedişlərini təmin etmək məqsədilə oktyabrın 17-dən E2 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.
Bu barədə BAKU.WS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Xırdalan şəhərindən yola düşən avtobusların aralıq dayanacaq məntəqələri Abşeron rayon Sukanal İdarəsi, Heydər Əliyev prospektindəki AAAF və "Kristal Abşeron" yaşayış kompleksləri, Abşeron rayon Mədəniyyət Mərkəzi, Xırdalan şəhər 11 nömrəli tam orta məktəb, "20 Yanvar" metrostansiyası və Rövşən Cəfərov küçəsi (3 mikrorayon dairəsi) təyin edilib.
Qeyd olunan istiqamətdə avtobuslar saat 06:00-dan 23:00-dək fəaliyyət göstərəcək.
Ekspres xətti üzrə avtobusların hərəkət intervalı 8-10 dəqiqə təşkil edəcək. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək, gedişhaqqı 0,60 AZN müəyyən edilib.
Oxşar xəbərlər
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasının rəisi saxlanıldı
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanılıb. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, mayor İlham Haqverdiyev korrupsiya cinayətində təq...
