Xalqlar Dostluğu stansiyası təmir olunur
Xalqlar Dostluğu stansiyası təmir olunur.
BAKU.WS-nin "Ölkə.Az"-a istinadən verdiyi xəbərdə bildirilir ki, Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Xalqlar Dostluğu” metro stansiyasının hər iki keçidində təmir işləri getdiyini söyləyib. Təmir prosesində keçidin divar və yerdəki mərmər üzlükləri dəyişdiriləcək. Bundan başqa, keçidlərdə mövcud olan bütün kommunikasiya xətləri yenilənəcək.
N.Paşayevin sözlərinə görə, keçidlərdə yalnız təmir işlərinin aparıldığı hissələr bağlanıb, sərnişinlərin giriş və çıxışına heç bir məhdudiyyət qoyulmayıb. Təmir işləri təxminən 2-3 ay davam edəcək.
BAKU.WS
Oxşar xəbərlər
Metro sərnişinlərinin nəzərinə: ayın 23-dən sonra...
Metronun "İnşaatçılar" stansiyasının 1-ci vestibülü təmirə bağlanır. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən BAKU.WS-ə verilən məlumata görə, 1986-c...