Bakı Metropolitenindən sərnişinlərə xəbərdarlıq
Bakı Metropoliteni sərnişinlərə xəbərdarlıq edib.
BAKU.WS xəbər verir ki, dekabrın 7-dən etibarən "Cəfər Cabbarlı” stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüdətli bağlanacaq.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev təmir-bərpa işlərinin təxminən 2 həftə davam edəcəyini bildirib.
Belə olan halda, "Xətai" stansiyasına gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə edə bilərlər.
Qeyd edək ki, 2-ci yol "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına keçərkən soldakı yoldur. Həmçinin "Cəfər Cabbarlı" stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır.
Aytən.H
BAKU.WS
Oxşar xəbərlər
Metroda oturacaqlar quraşdırılır
Ötən il Bakıda keçirilən 1-ci Avropa Oyunları ilə əlaqədar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bəzi metro stansiyalarının platformalarında təhlükəsizl...