Bakıda bəzi avtobusların hərəkət istiqaməti dəyişdi (SİYAHI)
Sərnişindaşıma sahəsində optimallaşdırılma işləri davam etdirilir. Belə ki, 19 oktyabr 2015-ci il tarixindən etibarən paytaxtda aşağıda qeyd olunan marşrut avtobuslarının hərəkət istiqamətində dəyişiklik ediləcək.
BAKU.WS-in məlumatına görə, 79 saylı marşrut avtobusu: M.Rəsulzadə qəs. – Azadlıq pr. – M.Davudoğlu küç. – 6 Mkr – "Nəsimi” m.st. – S.Məmmədova küç. – İ.Cümşüdov küç. – Cavadxan küç. – "Memar Əcəmi” m/st. – 3 mkr. dairəsi – S.Pişəvəri küç. – Tbilisi pr. – "20 yanvar” m.st. – Tbilisi pr. – C.Cabbarlı küç. – "Nizami” m/st. – Ş.Qurbanov küç. – Füzuli meydanı – Ş.Bədəlbəyli küç. – S.Rüstəm küç. – Füzuli küç. ilə hərəkət edirdisə, sabahdan etibarən M.Rəsulzadə qəs. - Azadlıq pr. – M.Davudoğlu küç. – 6 Mkr –"Nəsimi” m.st - S.Məmmədova küç. – İ.Cümşüdov küç. – Cavadxan küç. – "Əcəmi” metro stansiyasi – 3 mkr. dairəsi – S.Pişəvəri küç. - Tbilisi pr. – "20 yanvar” m/st. istiqamətində hərəkət edəcək.
207 saylı marşrut xəttinin fəaliyyəti dayandırılır və əvəzinə 193 saylı marşrut xətti təşkil edilir.
193 saylı marşrut avtobusunun hərəkət cədvəli: Yeni Avtovağzal - Sumqayıt şossesi – Moskva pr. – "20 Yanvar” metro stansiyası – H.Zərdabi pr. – S.Əhmədov – A.Şərifzadə küç. – M.Xiyabani küç. – Dairəvi yol – Lökbatan dairəsi – Binə T/M istiqamətində olacaq.
85 saylı marşrut avtobusu əvvəl : 9 mkr. – A.Məmmədov küç. – Ə.Seyidzadə küç. – Mir Cəlal küç. – A.Məhərrəmov küç. – 3 mkr. dairəsi – Cavadxan küç. – "M.Əcəmi” m.st. – E.Babayev küç. – Ziya Bünyadov pr. – Atatürk pr. – T.Əliyev küç. – Azadlıq pr. – "28 may” m/st. – Puşkin küç. – D.Əliyeva küç. – R.Behbudov küç. – A.Bakıxanov küç. – X.Şuşinski küç. – Ə.Qasımzadə küç. – M.Qaşqay küç. – Ak.H.Əliyev küç. ilə hərəkət edirdisə sabahdan etibarən : 9 Mkr, - A.Məmmədov küç. – Ə.Seyidzadə küç. – Mir Cəlal küç. – A.Məhərrəmov küç. – 3 Mkr dairəsi – Cavadxan küç. – "Memar Əcəmi” metro stansiyasi - E.Babayev küç. – Ziya Bünyadov pr. – Atatürk pr. – T.Əliyev küç. – Azadlıq pr. – A.Bakıxanov küç. – C.Hacıbəyli küç. – "Cəfər Cabbarlı" m./st. qədər hərəkət edəcək.
Əks istiqamətdə: "Cəfər Cabbarlı” m./st. – S.Əsgərova küç. - R.Behbudov küç. – A.Bakıxanov küç. – X.Şuşinski küç. – Ə.Qasımzadə küç. – M.Qaşqay küç. – Ak.H.Əliyev küç. – Azadlıq pr. – Nəriman Nərimanov küç. - Ziya Bünyadov pr. - E.Babayev küç. – H.Əliyev küç. - "Memar Əcəmi” metro stansiyasi - 3 mkr. dairəsi - A.Məhərrəmov küç. – Mir Cəlal küç . - Ə.Seyidzadə küç. - A.Məmmədov küç. - 9 mkr. –na qədər hərəkət edəcək.
24 saylı marşrut avtobusu əvvəl: Hidayətzadə küç. – N.Nərimanov rayon bazarı – Mayakovski küç. – Çernyayevski – A.Nemətulla küç. – "N.Nərimanov” m.st. – Təbriz küç. – Ə.Əliyev küç. – Ziya Bünyadov pr. – Ə.Rəcəbli küç. – C.Xəndan küç. – Ş.Məmmədova küç. – S.S.Axundov küç. – "Azadlıq” metro stansiyasına kimi hərəkət edirdisə, sabahdan etibarən, N.Nərimanov” m.st. – Təbriz küç. – Ə.Əliyev küç. – Ziya Bünyadov pr. – Ə.Rəcəbli küç. – C.Xəndan küç. – Ş.Məmmədova küç. – S.S.Axundov küç. – "Azadlıq” metro stansiyasına kimi hərəkət edəcək.
30 saylı marşrut avtobusu əvvəl: "28 may” metro st. – A.Puşkin küç. – Neftçilər pr. – Y.Səfərov küç. – Xocalı pr. – "Xətai” m.st – N.Rəfiyev küç. – Babək pr. – Keşlə qəs. – NZS – Qara Qarayev pr. – "Neftçilər” m.st. – Rüstəmov küç. – E.Süleymanov küç. – B.Nuriyev küç.-nə qədər hərəkət edirdisə, sabahdan etibarən "Xətai” m.st – N.Rəfiyev küç. – Babək pr. – Keşlə qəs. – NZS – Qara Qarayev pr. – "Neftçilər” m.st. – Rüstəmov küç. – E.Süleymanov küç. – B.Nuriyev küç.-nə qədər hərəkət edəcək.
49 saylı marşrut avtobusu əvvəl: "28 may” metro st. - A.Puşkin küç. – Neftçilər pr. – Y.Səfərov küç - Babək pr. – Qara Qarayev pr. – Dakar meydanı – Rüstəmov küç. – Qəmbərov küç. – Qocayev küç. – Mehmandarov küç. – Bakıxanov Dəmiryol st.- Y.Əliyev küç. – Atəşgah dairsəi. – Q.Musabəyov küç. –nə qədər hərəkət edirdisə sabahdan, "Xətai” m.st. – Xocalı pr. – N.Rəfiyev küç. – Babək pr. - Qara Qarayev pr. – Dakar meydanı – Rüstəmov küç. – Qəmbərov küç. – Qocayev küç. – Mehmandarov küç. – Bakıxanov Dəmiryol st.- Y.Əliyev küç. – Atəşgah dairsəi. – Q.Musabəyov küç. –nə qədər hərəkət edəcək.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Bakıda yeni marşrut xəttə buraxıldı
Oktyabrın 17-dən etibarən "Baku-Bus” MMC-nin 2 saylı marşrut avtobusu iki gün test rejimində, oktyabrın 19-dan isə tam olaraq fəaliyyətə başlayacaq. BAKU.WS Nə...