Bakı susuz qalacaq
Yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar Azadlıq prospekti və Cəfər Xəndan küçələrindən keçən su xətləri yenilənir. Bununla əlaqədar 13 may 2016-cı il tarixində saat 08:00-dan etibarən gün ərzində Azadlıq prospekti və Cəfər Xəndan küçələrinə içməli suyun verilməsində məhdudiyyət yaranacaqdır.
"Azərsu" ASC-dən BAKU.WS-ə veriən məlumata görə, Xətai rayonu ərazisində magistral xətlərdə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 13 may 2016-cı il tarixində 09:00-dan etibarən gün ərzində Babək prospekti boyu ərazilərə - Keşlə, NZS və UPD yaşayış sahələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
BAKU.WS
Oxşar xəbərlər
Bu gün Bakının bu rayonunda içməli su olmayacaq
Bu gün Bakının Nizami rayonunda suyun verilişində məhdudiyyət yaranıb. "Azərsu” ASC-dən BAKU.WS-a verilən məlumata görə, Nizami rayonu ərazisində magistral su...