“Cəfər Cabbarlı” metrostansiyasının birinci yolu sabah açılır
Təmir-bərpa işlərinin aparılması məqsədilə bağlanan "Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı" stansiyasının birinci yolu sabahdan açılacaq.
BAKU.WS xəbər verir ki, bu haqda məlumatı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev verib.
Təmir-bərpa işlərinin aparılması məqsədilə birinci yol təxminən 2 həftəlik bağlansa da, işlər tez yekunlaşıb.
"Dekabrın 15-də bu yol yenidən istifadəyə veriləcək”, - deyə qurum rəsmisi bildirib.
Xatırladaq ki, dekabrın 7-dən etibarən "Cəfər Cabbarlı" stansiyasının birinci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüddətli bağlanıb. Təmir-bərpa işlərinin təxminən iki həftə davam etməsi planlaşdırılır. Adıçəkilən stansiyaya gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə etməli idilər.
Aytən.H
BAKU.WS
Oxşar xəbərlər
Bakı Metropolitenindən sərnişinlərə xəbərdarlıq
Bakı Metropoliteni sərnişinlərə xəbərdarlıq edib. BAKU.WS xəbər verir ki, dekabrın 7-dən etibarən "Cəfər Cabbarlı” stansiyasının 1-ci yolu təmir-bərpa işlərini...