Xalq artistinin qızı mərhum generalın oğluna ərə gedir

Xalq artistinin qızı mərhum generalın oğluna ərə gedir
Sosial 7436

Mərhum polis generalı Rasim Musayevin ailəsində toy olacaq.

BAKU.WS criminal.az-a istinadən bildirir ki, generalın oğlu Tərlan Musayev tanınmış tərzan, xalq artisti Firuz Əliyevin qızı ilə ailə həyatı qurur. Nişan məclisi fevralın 13-də Bakının məhşur şadlıq saraylarından birində baş tutacaq.

F.Əliyevin digər qızı isə müğənni Emil Bədəlovla evlidir.

Qeyd edək ki, T.Musayev Binəqədi rayon Polis İdarəsində çalışır.

Xatırladaq ki, Rasim Musayev Binəqədi Rayon Polis İdarəsi rəisinin birinci müavini, Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin rəisi, 2005-2007-ci illərdə Cəlilabad Rayon Polis şöbəsinin rəisi, 2007-2013-cü illərdə isə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifələrində çalışıb.

Rasim Musayev 3 sentyabr 2015-ci ildə Bakı şəhərində ürəktutmasından vəfat edib.

BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubov iki polis bölməsinə rəis təyin etdi

Ramil Usubov iki polis bölməsinə rəis təyin etdi

Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub. BAKU.WS "Report”a istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölm...

3939 Sosial 17:53 31 oktyabr 2016

Son xəbərlər