Ramil Usubov iki polis bölməsinə rəis təyin etdi

Ramil Usubov iki polis bölməsinə rəis təyin etdi
Sosial 3916
 

Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.

 

BAKU.WS "Report”a istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Faiq Bədəlov vəzifəsindən azad edilərək Yasamal RPİ-də 26-cı PB-nin rəisi təyin edilib.

Binəqədi 6-cı PB-nin rəis müavini, polis mayoru Ramil Cəbiyev isə vəzifəsindən azad edilərək Binəqədi RPİ-də 40-cı PB-nin rəisi təyin olunub.

Qeyd edək ki, Yasamal RPİ 26-cı PB-nin əvvəlki rəisi polis mayoru Murad Hüseynov Xəzər RPİ 1-ci PB-nin rəisi vəzifəsində çalışır.

Xatırladaq ki, bundan əvvəl polis polkovnik-leytenantı Elmir Hüseynov Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə rəis təyin edilib.

BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubov iki bölməyə rəis təyin etdi

Ramil Usubov iki bölməyə rəis təyin etdi

Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub. "Report”un xəbərinə görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinin (PB) rəisi, p...

1949 Sosial 18:06 02 sentyabr 2016

Son xəbərlər