"Titanik" filmində Azərbaycan dilində ifadələr işlədilib
Sevilərək izlənilən "Titanik" filmində Azərbaycan dilində ifadələr işlədilib.
BAKU.WS xəbər verir ki, bu barədə müğənni İbrahim Borçalı bildirib.
"Günə bax" verilişinə qonaq olan ifaçı bildirib ki, gəmi batan zaman sərnişinlərə gəmidən xilas yolu göstərən adam Azərbaycan dilində ifadələr işlədir. O filmdə "Belə gəlin, belə çıxın" sözlərini söyləyib.
Xatırladaq ki, rejissoru Ceyms Kemeron olan "Titanik" dövrünün ən çox izlənilən və hələ də populyarlığını saxlayan ekran işi olub.
Baş rollarında Leonardo Di Kaprio və Keyt Uinslet olan filmin gəliri 2 milyard 264 milyon 743 min 305 dollardır.
Ekran işinin büdcəsi 195 milyon dollar olub.
Oxşar xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər parkını ziyarət ediblər
27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların əməkdaşları Zəfər parkını ziyarət ediblər. V...