Sürücülərin NƏZƏRİNƏ: Bakıya bu istiqamətdən girmək mümkün olmayacaq

28
avq
2024
12:39
Sabah səhər 06:00-dan etibarən Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində (Mətbuat prospekti ilə kəsişmədəki dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, kənar dairəvi yol ilə hərəkətdə olan nəqliyyat vasitələri şəhərin mərkəzinə doğru yalnız Yeni Yasamal ərazisinə daxil olmaqla hərəkət edə bilərlər.
Oxşar xəbərlər
Aramsız yağan yağış Azərbaycanda gilasın məhsuldarlığını azaltdı
Əvəvlcə havaların soyuması sonra isə intensiv yağışların yağması məhsuldarlığa təsir edib. BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, İmişli rayonunda gi...
