"Baza" kanalının baş redaktoru saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada məşhur "Telegram" kanalı olan "Baza"nın baş redaktoru Qleb Trifonov və onun əməkdaşı rüşvət verməyə cəhd göstərməkdə şübhəli bilinərək hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
İstintaq çərçivəsində aparılan axtarış tədbirləri zamanı vacib sənədlər və elektron daşıyıcılarda saxlanılan materiallar aşkar edilərək götürülüb. Bu dəlillərin iş üzrə əhəmiyyətli rol oynayacağı gözlənilir.
Qeyd edək ki, eyni iş üzrə daha əvvəl saxlanılmış "Baza" əməkdaşlarından ikisi sonradan sərbəst buraxılıb.
Oxşar xəbərlər
Toyda dəvəyə enerji içkisi verən bəy və 3 qonaq həbs olundu
İordan çayının qərb sahilində yerləşən Hebron şəhərində toy zamanı dəvəyə spirtli içki içirməyə çalışan bəy və üç qonaq İsrail polisi tərəfindən saxlanılıb. BAK...