Binəqədidə baxımsız qalmış "Nəbatat" parkı - Sakinlərdən ŞİKAYƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Binəqədi rayonu ərazisində yerləşən, sakinlərin "Nəbatat" parkı adlandırdığı istirahət məkanı illərdir ki, baxımsız vəziyyətdədir. Park ərazisindəki gölü qamışlıq basıb, fəvvarə isə yox vəziyyətindədir. Ərazidə insanların oturmağı üçün nə oturacaq var, nə də ki uşaqlar üçün oyun zonaları. Sakinlər deyirlər ki, illərdir parka yiyə duran, buranı abadlaşdıran yoxdur.
"Hər yerdə abadlaşdırma işləri görülür, amma bu park yaddan çıxıb. 10 ildir Binəqədidə yaşayıram. Məndən əvvəl burada yaşayanlar deyirlər ki, əvvəllər parkda fontan, göl, uşaqlar üçün isə qayıq olub. Sonralar bunların hamısı ləğv edilib", - sakinlərdən biri deyib.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, hazırda həmin parkla bağlı yenidənqurma işlərinin görülməsi nəzərdə tutulmayıb. Lakin gələcəkdə bu məsələyə baxıla bilər.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...