Safura 2013-cü ildə keçirilən toyundan görüntülər paylaşdı
Müğənni Safur Əlizadə şəxsi həyatı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkədə evliliyinin 12 ilinin tamam olması münasibətilə paylaşım edib.
O şəxsi instaqram hesabında toy şəkillərində ibarət video paylaşıb.
Safuranın bu paylaşımı izləyiciləri tərəfində maraqla qarşılanıb.
Xatırladaq ki, Safura 2013-cü ildə mərhum sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə həyatı qurub.
Sənətçinin təmtəraqlı toy mərasimi "Palmalife Resort and Spa" hotelində keçirilib.
Mərasiminə Xalq artistləri Zülfiyyə Xanbabayeva, Murad Dadaşov, prodüser Tarix Əliyev (Tolik), "Bakılı oğlanlar" komandasının keçmiş üzvü Elçin Əzizov də iştirak ediblər. Toyda Safuranı stilist Anar Ağakişiyev bəzəyib.
Hazırda cütlüyün Aişə, İsgəndər və Natiq adlı üç övladı var.
Oxşar xəbərlər
Sindi Krouford 27 yaşlı oğlunun ölümündən danışdı: "Səni əbədi sevəcəyik"
Dünyaca məşhur supermodel Sindi Krouford 27 yaşında vəfat edən oğlu Presli Gerberin ölümü ilə bağlı ilk dəfə paylaşım edib. Model ailəsinin böyük kədər içində o...