AZAL təyyarəsinin vurulması əmrini kimin verdiyi məlum oldu

AZAL-a məxsus "EMBRAER 190" mülki təyyarəsinin vurulması barədə qərarın verilməsində Rusiya Cənub Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) 4-cü qvardiya ordusunun 51-ci Hava Hücumundan Müdafiə diviziyasının komandiri, general-mayor Aleksandr Vasilyeviç Tolopilonun şəxsən iştirak etdiyi ehtimal olunur.
BAKU.WS "Minval Politika"ya istinadən xəbər verir ki, bunu ilkin daxili araşdırma zamanı 51-ci HHM Diviziyasının idarəetmə məntəqəsinin əməliyyat növbətçisi, polkovnik-leytenant Nikolay Nikolayeviç Orlyanski deyib.
Orlyanski Tolopilonun həmin əmrini alıb və kapitan Paladiçuka AZAL-ın mülki təyyarəsinə atəş açmaq barədə komanda verib.

Dərc olunan anonim məktuba əsasən, 2024-cü ilin dekabrında kapitan Paladiçukun döyüş heyəti Tolopiloya tabe olub.
Orada, həmçinin bildirilir ki, bilavasitə iştirakına baxmayaraq, general-mayor Tolopilo cinayət məsuliyyətindən yayınıb. O, günahı Rusiyanın Vahid Hava Hərəkətini İdarəetmə Sisteminin Rostov Mərkəzinin şəxsi heyətinin üzərinə atıb, "Pantsir-S" hava hücumundan buraxılan raketlərin özünü məhv etdiyini və təyyarəyə zərər verə bilməyəcəyini iddia edərək bilərəkdən yalan ifadələr verib. Bu iddialar Rusiya Federasiyası İstintaq Komitəsinin 505-ci Hərbi İstintaq Şöbəsi tərəfindən aparılan daxili araşdırma ilə təkzib edilib.

Məlum olub ki, "Pantsir-S" ekipajı texniki və təşkilati cəhətdən lazımi vəziyyətdə olmayıb, bu da mülki təyyarənin vaxtında tanınmasına mane olub. Buna baxmayaraq, general Tolopilo nəinki cəzalandırılmayıb, hətta vəzəfəsi yüksəldilib - o, Şərq Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiəsinin 11-ci qvardiya ordusunun komandirinin müavini təyin edilib.
Bundan əlavə, kapitan Paladiçukun Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 14-cü Ordusunun mobil ehtiyatının 80-ci zenit-raket alayının komandirinə ünvanlanmış 16 dekabr 2024-cü il tarixli hesabatı əlavə edilib ki, Paladiçuk və onun ekipajı həmin vaxt HHM-nin 51-ci diviziyasının komandiri olan general-mayor Tolopilonun əməliyyat tabeliyində olub.//Oxu.Az
Oxşar xəbərlər
Müdafiə Nazirliyi "Baykar" şirkəti ilə "Logistika Dəstəyi və Satış Müqaviləsi" imzalayıb
"IDEF2025" sərgisi çərçivəsində Türkiyənin "Baykar" Müdafiə Sənayesi şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyi arasında "Logistika Dəstəyi və Satış Müqaviləsi" i...