Tanınmış müğənni illərdir anası ilə danışmır
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Səidə Dadaşova illərdir anası Sədaqət Dadaşova ilə danışmır.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu haqda sənətçi "Həmin Zaur" proqramında danışıb.
O, aparıcı Zaur Kamalın "Ananla hələ də danışmırsan"sualına belə cavab verib:
"Anayla danışmamaq deyil. Hərənin öz ailəsi var. Əsas bilirəm ki, salamatçılıqdır. Kinli deyiləm. Kaş ki, olardım. Hər dəfə mən getməyəcəyəm ki, irəli. Bir az da mənə sarı gəlsinlər. Anam tək qalmaz, dadaşovlar ailəsi böyükdür".
Qeyd edək ki, Səidənin anası Xalq artisti Brilliant Dadaşovanın bacısıdır. Sədaqət mərhum Xalq artisti Rafael Dadaşovla ailəli olub. Onların bu nikahdan 3 övladı olub.
Oxşar xəbərlər
Məşhur aktrisa müflis oldu, stressdən ayaqları tutuldu
Aktrisa Demet Evqar yeni xəbərlə gündəm olub. BAKU.WS xəbər verir ki, o prodüserliyini etdiyi "Macbeth" adlı layihəsinə görə böyük məbləğdə pul itirib. Maliyyə...