Bakıda sökülən məşhur mehmanxananın yeni görüntüsü belə olacaq
Bakının İzmir və Abbasqulu ağa Bakıxanov küçələrinin kəsişməsində, "Hyatt Regency" kompleksinin ərazisində yerləşən "Naxçıvan" mehmanxanası tamamilə söküləcək və yaxın vaxtlarda ərazidə yeni, müasir tələblərə cavab verən binanın inşasına başlanacaq.
BAKU.WS Baki-baku.az-a istinadən xəbər verir ki, söküntü qərarının əsas səbəblərindən biri binanın qəzalı vəziyyətdə olmasıdır.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq yazılı rəyi də var və rəydə yekun olaraq binanın istismara tam yararsız olduğu qeyd olunur. Həmçinin mövcud bina 4-5 ballıq zəlzələ üçün nəzərdə tutulmuşdu.
Bundan əlavə sökülmə səbəblərindən biri də binanın müasir standartlara cavab verməməsidir. Xüsusilə, pəncərə ölçülərinin kiçik olması və otaqlara gün işığının yetərincə daxil olmaması otelin funksionallığını məhdudlaşdırır.
Yeni layihəyə əsasən, bina əvvəlki hündürlükdə, lakin tamamilə yenilənmiş formada inşa ediləcək. Əldə edilən fotodan da göründüyü kimi, birinci mərtəbədə kommersiya obyektləri və geniş vitrin şüşələri nəzərdə tutulub.
Qeyd edək ki, yeni tikiləcək bina şəhərin ümumi strukturuna və hotelin müvafiq arxitekturasına uyğun inşa ediləcək.
Oxşar xəbərlər
Naxçıvan dəmir yolunun Ermənistanla sərhədində tikinti işlərindən GÖRÜNTÜLƏR
İctimai Televiziya Naxçıvan dəmir yolunun Ermənistanla sərhədində gedən tikinti işlərindən eksklüziv görüntülər yayımlayıb. Kadrlarda tikinti texnikası ilə sahə...