Uzunömürlü olmaq üçün ideal çəki açıqlanıb

Son dövrün məlumatlarına əsasən, bədən kütlə indeksi (BKİ) insan ömrünün uzunluğunu proqnozlaşdırmaqda mühüm rol oynayır.
BAKU.WS xəbər verir ki, rusiyalı mütəxəssis Olqa Romaşina "Veçernyaya Moskva" nəşrinə verdiyi müsahibədə bildirib ki, uzunömürlülük üçün optimal BKİ 18,5 ilə 24,9 aralığında hesab olunur. Qeyd olunur ki, uzunömürlü insanlar arasında bu göstərici çox zaman normanın yuxarı həddinə yaxın olur.
"Bu, onu göstərir ki, az miqdarda artıq çəki sağlamlıq üçün faydalı ola bilər," – deyə Romaşina bildirib.
BKİ-ni hesablamaq üçün sadə bir formula var:
Çəki (kq) ÷ boyun kvadratı (metrlə)
Məsələn: 70 kq çəkisi və 1,75 m boyu olan insan üçün:
70 ÷ (1,75 × 1,75) = 22,86
Lakin mütəxəssis xəbərdarlıq edir ki, BKİ hər zaman sağlamlığın dəqiq göstəricisi deyil. Məsələn, əzələli bədən quruluşuna malik idmançılarda bu indeks normadan yüksək ola bilər. Sağlamlığı qiymətləndirərkən fərdi xüsusiyyətlər, fiziki aktivlik və zərərli vərdişlərin olub-olmaması da nəzərə alınmalıdır.
Oxşar xəbərlər
Dünyanın ən varlı adamlarının sərvəti son on ildə 33,9 trilyon dollar artıb
Dünyanın ən varlı adamlarının sərvəti 2015-ci ildən real ifadədə 33,9 trilyon dollar artıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Oxfam"ın Sevi...
