Tanınmış aparıcının təbiət qoynundakı villası nümayiş olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli model və aparıcı Elif Ece Uzun iki mərtəbəli evi ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, onun mülkünün görüntüləri aparıcı Evrim Akının "Evrim Akın ile Ev Gezmesi" verilişində nümayiş olunub.
Təbiətin qoynunda yerləşən bu ikimərtəbəli dağ evində daha çox açıq rəngələrə üstünlük verilib.
Bej tonlarında olan mebel sadə və şık görünüş yaradıb. Qonaq otağının mərkəzindəki ağ yemək masası zərif dizaynı ilə göz qamaşdırır.
Elif Ece Uzun ev üçün sadə dekorasiya seçib. Bu yanaşma evin hər küncündə hiss olunur. Villanın xarici görünüşü də içərisi kimi diqqəti cəlb edir.
Yataq otağında ağ və yasəmən tonları xüsusi göz oxşayır. Geniş quruluşu ilə diqqət çəkən bu otaq rəng seçimi və tərtibatı ilə ürəkaçan atmosfer yaradır.
Qara və ağ rənglərin üstünlük təşkil etdiyi mətbəx müasir toxunuşları ilə evin digər sahələrindən seçilir.
Aparıcının sadə və rahat atmosferi ilə diqqət çəkən mülk çox bəyənilib. Malikanənin Elif Ece Uzunun sakit həyat tərzini əks etdirdiyi qeyd edilib.
Qalereya
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...